
“Mən elə bir insanam ki, adımın məhkəmə orqanlarında olmasını heç istəmirəm”, “İşlədiyim yerdə adımın məhkəmədə hallandığını bilsələr məni işdən azad edə bilərlər”, “Məhkəmə üçün nə vaxtım, nə də enerjim var. Mümkündürsə bu işi məhkəməyə qədər həll edək” ifadələri Sizə də tanışdırsa, işinizi məhkəməyə qədər hüquqi yollarla həll olunmasını təmin edə bilərik.
Xidmətin üstünlükləri:
Hər iki tərəf məhkəmədə hakimlərin səsləndirə biləcəyi qərarları əvvəlcədən bilmək istəyir. Hüquq sahəsi üzrə təcrübəmizdə oxşar hadisələr olduğu üçün tərəfləri məhkəmədə və məhkəmədən sonra nələr gözlədiyini açıqlaya bilirik.
Biz hər iki tərəfin məhkəmə olduğu təqdirdə hansı risklər və vaxt itkisi ilə üzləşəcəyi ilə bağlı məlumat veririk. Ona görə də danışıqları məhkəməyədək hüquqi həllini təklif edərək tərəfləri razı sala bilirik.
Bizim üçün yaranmış məsələnin hər iki tərəf üçün ədalətli şəkildə həll olunması önəmlidir. Biz inanırıq ki, istənilən işdə əsəblərinizi korlamadan, vaxtınızı boş yerə sərf etmədən ortaq məxrəcə gəlmək üçün yollar təqdim edə bilərik.
Cəmiyyətdə, iş mühitində olan statusunuzu qorumaq Sizin üçün önəmlidirsə, o zaman bu xidmət Sizin üçün ən yaxşı seçimdir. Söz-söhbətlərin daha çox yerə yayılmaması və imicinizi qorumaq üçün üçün əlimizdən gələni etməyə hazırıq.