logo

İnzibati xətalar üzrə hüquqi xidmət

Xidmətlər

“Birinci mərtəbədə olan evimi obyekt etmək istəyirəm amma imkan vemirlər”, “xəbərim olmadan vergi orqanlarında adıma VÖEN açıblar, indi də adıma cərimə gəlib”, “evimin kupça məsələsini həll edə bilmirəm”, və s. kimi məsələlər inzibati xəta hesab olunur. Sizi təqsirləndirən şəxs və ya şəxslər ifadələrində “İnzibati xətalar məcəlləsi” söz birləşməsi işlətdiyi andan etibarən bizə kömək üçün müraciət etməyiniz məsləhətdir. Yuxarıda sadalanan və məhkəmə orqanlarına aid olmayan problemləri həll etmək bizə sadəcə etibarnamə verməyini kifatərdir ki, Sizin yerinizə bütün işləri həll edə bilək.

 

Xidmətin üstünlükləri:

Əlaqə

Bizə müraciət et

Vaxt qazanırsınız

Vaxtınızın qızıl olduğunu yaxşı anlayırıq. Ona görə də Sizi üzləşdiyiniz problemlərdən azad etmək üçün öz qızıl vaxtımızı Sizin üçün istifadə etməyə hazırıq. Bu işləri bizə həvalə etmək üçün sadəcə etibarnamə verməyiniz kifayətdir.

Əsəblərinizi qoruyuruq

Əsəblərinizi korlayıb “Bu qədər gözləmək olar?!”, “Bu işi daha tez həll etmək olmaz?!”, “Hardadır o ünvan?” kimi ifadələr işlətməyinizi istəmirik. Ona görə də Sizin işi həll etməyimiz üçün bütün lazım olan yerlərə getməyə, növbələrdə gözləməyə hazırıq.

Sənədlər toplayırıq

Tələb olunan sənədlərin toplanması özü bir ayrıca işdir və bu işin nə qədər əziyyətli olduğunu bizdən daha yaxşı bilirsiniz. Bu Sizin üçün belə olsa da, bizim üçün gündəlik gördüyümüz işdir. Ona görə də hansı sənədin haradan alınmalı olduğunu daha yaxşı və tez bir zamanda həll edə bilirik.

Rüşvət vermirsiniz

“Mən heç vaxt rüşvət verməmişəm” prinsipi ilə yaşayırsınızsa, biz bu prinsiplə öz həyatınızı yaşamağa davam etməyi təmin edə bilərik. Yetər ki, vaxtında müraciət edin.

Digər xidmətlər

Bütün xidmətlərXidmətlər