logo

Hüquq xidməti

Xidmətlər

Azərlegal Group olaraq yerli bazarda hüquq departamenti olmayan şirkətlər üçün mübahisələrin məhkəməyə qədər həlli üçün danışıqların aparılmasını təklif edirik. Bundan əlavə şirkət sahiblərinə şübhəli görünən digər işlərdə də yanlarında olmaqla hüquqi danışıqları iştirak edirik.

 

Bazarda hüquqi xidmət üçün müraciət edən fərdi və hüquqi şəxslərin böyük əksəriyyəti məhkəmə işlərində müsbət nəticə əldə etməməsinin iki əsas səbəbini aşkar etmişik.

 

Birinci səbəb: Müştəri hadisə baş verdikdən sonra hüquqi xidmət üçün tələb olunan müddətdən gec müraciət edir. Bu da müsbət nəticə almaq üçün işin gedişatına bu və ya digər formada təsir edir.

 

İkinci səbəb: Təcrübə göstərir ki, hüquq xidməti üçün müraciət edən müştərilər baş vermiş hadisənin müəyyən hissələrini hər hansı bir səbəbdən gizlədirlər. Bu da öz növbəsində işin müsbət nəticələnməsinə birbaşa mane olmaqla bərabər, əlavə gözlənilməz maneələr yaradır.

 

Azərlegal Group Hüquq şirkəti olaraq biz yuxarıda qeyd olunan bütün bu prosesləri anlayır və bizə müraciət edən bütün müştərilərə “Biz üzləşdiyiniz problemləri həll etməyə hazırıq. Yetər ki, vaxtında müraciət edin” demək istəyirik. Fəaliyyətimizin bütün dövrlərində hüquq xidməti üzrə əldə etdiyimiz uğurlu məhkəmə işlərinin 70%-ni məhz vaxtında müraciət etmiş müştərilər təşkil etməkdədir.

 

Bu sahədə üstün olduğumuzu göstərən məqamlar:

Əlaqə

Bizə müraciət et

Uğurlu işlər

Bizdən uğurlu işlərimizlə bağlı soruşanda “vaxtında müraciət etsəniz Siz növbəti uğurlu iş Sizin ola bilər” deyirik. Çünki uğur qazandığımız bütün məhkəmə işlərinin böyük qismi daha çox vaxtında müraciət edən müştərilərin payına düşür.

Satılmırıq

Biz hər zaman Sizin tərəfinizdəyik. Sizi müdafiə etmək üçün əlimizdən gələni etməyə hazırıq. Ona görə də nə baş verməsindən asılı olmayaraq təmsil etdiyimiz əməkdaşların “satılması” məsələsini ağlınıza belə gətirməyin.

Riskləri dəyərləndiririk

Uğurlu nəticə əldə etmək üçün işinizin görünən və görünməyən risklərini müəyyən edirik. Bu bizə Sizin işlə bağlı vəziyyəti doğru dəyərləndirməyə və lazımi addımları vaxtında atmağa kömək edəcək. Hər şey Sizin verəcəyiniz məlumatlardan asılıdır.

Məxfilik

Bizə ağız və dil danışmaq üçün verilsə də, susmağı da bacarırıq. Ona görə də başınıza hansı hadisə gəlməsindən asılı olmayaraq bütün proseslərin məxfiliyinə zəmanət veririk. Biz, heç kimin başına gəldiyi pis bir hadisənin onun imicinə mənfi təsir etməsini istəmirik.

Digər xidmətlər

Bütün xidmətlərXidmətlər