
Biz artıq 10 ildən çoxdur ki, yerli bazarda fəaliyyət göstərən sahibkarları üzləşdikləri vergi sanksiyaları, artıq vergi hesablamaları, qanunsuz səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti, Kameral yoxlanışlar və digər qanunsuzluqlardan qorxmağa davam edirik. Onlar üçün qənaət etdiyimiz vəsaitlərin ümumi məbləğinin hər il üçün 100 000 AZN dən çox təşkil etməsi onların inkişafına olan töhfəmizin göstəricisi kimi qiymətləndiririk. Biz inanırıq ki, yerli bazar iştirakçılarının korporativ hüquqlarını qorumaqla həm bazarı şəffaflaşdırır, həm də sahibkarların inkişafına təkan veririk.
Şirkətlə bağlı hüquqi prosedurları təməldən doğru şəkildə formalaşdırmaq istəyən sahibkarlar üçün MMC, ASC, QSC, İctimai birliklərin yaradılması həyata keçirə bilərik. Xidmət həmçinin mövcud müəssisini ləğv etmək, təsis sənədlərində dəyişiklik etmək, müəssisə daxili digər sənədlərin hazırlanmasını istəyən bazar iştirakçıları üçün də faydalı ola bilər. Korporativ hüquq xidməti çərçivəsində müflisləşmə, patentləşmə lisenziyaların, icazələrin alınması istiqamətində də dəstək göstərə bilərik.
Bu xidmətindən istifadə edənlər üçün nə edirik?
Biznesinizin inkişafı üçün Sizi mümkün risk və qanunsuzluqlardan qorumağa hazırıq. Vergi və digər instansiyalarla bağlı problemləriniz yaranarsa, Sizi müdafiə etmək üçün ən yaxşı mütəxəsisslərimizi göndərə bilərik.
Şirkətinizə qarşı hər hansı bir qanunsuzluq iddiaları varsa, birinci yığacağınız nömrə (050 111-11-11) bizim mütəxəssislərin nömrəsi olsun. Biz məsələni araşdırıb, doğru həll yolu tapmaqda Sizə yardımçı ola bilərik.
Sizi maraqlandıran sualları cavablandırmağa şad olarıq. Odur ki, hər hansı bir sualınız olarsa, onu bizə ünvanlayıb cavab almaqdan çəkinməyin. Sizi maarifləndirməyimiz həm xidmətimizin tərkib hissəsi, həm də inkişaf etməyimizin bir metodudur.